Laçında maşın aşdı, sərnişinin beli sındı
    • Bu gün, 08:13
    • 156

Laçında maşın aşdı, sərnişinin beli sındı


Laçın şəhərində ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

News24.az-ın Report-a istinadən məlumatına görə, avtomobil hərəkətdə olarkən idarəetməni itirərək aşıb.

Hadisə zamanı avtomobildə olan sərnişin Nağıyeva Yasəmən Abutalıb qızı xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə Bakıda yerləşən xəstəxanaların birinə gətirilib.

Müayinə zamanı ona bel fəqərəsinin sınığı diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.