Kənani Zəngəzur dəhlizi ilə bağlı nə dedi?
    • Bu gün, 15:25
    • 116

Kənani Zəngəzur dəhlizi ilə bağlı nə dedi?

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kenani nüvə razılaşmasını canlandırmaq üçün diplomatik imkanların olduğuna inandıqlarını bildirib.

News24.az xəbər verir ki, Kenani Xarici İşlər Nazirliyində keçirilən həftəlik mətbuat konfransında ölkəsinin xarici siyasət gündəmini və regional inkişafları dəyərləndirib.

İranın qonşuları və Şərqlə, xüsusən də Rusiya və Çinlə münasibətlərinə üstünlük verdiyini ifadə edən Kenani, "İranın qonşuları ilə yaxşı münasibət qurma siyasəti ciddi və çox əhəmiyyətli bir prioritetə malikdir. Şərqə baxmaq strategiyası taktiki seçim deyil, strateji seçimdir. Şərq ölkələri ilə münasibətlər ciddi şəkildə hökumətin və diplomatik sistemin prioritetləri sırasındadır" dedi.

Kənani İran və Qərb arasında nüvə danışıqlarının bərpasının mümkünlüyü ilə bağlı suala belə cavab verib:

"Qərb tərəflərinin çoxtərəfli diplomatik yolun həyata keçirilməsinə imkan verməməsi təəssüf doğurur. Biz hesab edirik ki, sazişə gedən yol açıq qala bilər və qarşı tərəf nüvə sazişini canlandırmaq iradəsini nümayiş etdirmək şərti ilə tərəflər üçün hələ də diplomatik imkan var".

Kenani bildirib ki, İranın xarici işlər naziri Abbas Erakçi və Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell tezliklə görüşmək barədə razılığa gəliblər.

Kənani Tehranın Zəngəzur dəhlizi ilə bağlı münasibəti və İran rəsmilərinin bu mövzuda Rusiyaya qarşı son bəyanatları ilə bağlı suala deyib ki, onlar “iqtisadi və tranzit marşrutlardakı maneələrin aradan qaldırılmasına tərəfdardırlar və bu, bütün müvafiq ölkələrin maraqları nəzərə alınmaqla edilməlidir”.

Kenani həmçinin İsrailin dünən Suriyadakı hücumlarında İran qüvvələrinə bağlı bir obyektin vurulması xəbərinin doğru olmadığını müdafiə edib.

Günel Məlikzadə