"Supertoys" oyuncaq mağazasının 1,5 milyon vergi borcu var
    • 16-09-2024, 18:42
    • 470

"Supertoys" oyuncaq mağazasının 1,5 milyon vergi borcu var

"Supertoys.az" mağazalar şəbəkəsinin külli miqdarda vergi borcu yaranıb. 

News24.az bildirir ki,  şirkətin İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinə 1 milyon 460 min 365 manat 50 qəpik vergi borcu var.


İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən sözügedən şirkətdə vergidən yayınma halları da aşkar edildiyi iddia olunur.

 



Hazırda dövlət qurumu ilə "Supertoys" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında məhkəmə çəkişməsi davam edir. 

Qeyd edək ki, "Supertoys" MMC-nin qanuni təmsilçisi Cəfərov Xəqani Vədud oğlu, şirkətin icraçı direktoru Səidə Fətullazadədir. 
 


Xatırladaq ki, "Supertoys" MMC 2017-ci ildən Azərbaycan oyuncaq bazarında fəaliyyət göstərir. Dünyanın müxtəlif ölkələrindən - Polşa, Çin, Türkiyə, İran, Ukrayna, Rusiya və s.-dən müxtəlif brendlərin məhsulları idxal olunur. Şirkətin hazırda 15 filialı var.