İsrail Sinvara mesaj YOLLADI -
    • Dünən, 22:37
    • 281

İsrail Sinvara mesaj YOLLADI - "Digərləri ilə eyni aqibəti paylaşacaq"

İsrail Qəzza zolağında növbəti dəfə havadan vərəqələr paylayıb.

News24.az İsrail mətbuatının məlumatına istinadən bildirir ki, bu dəfəki vərəqələrdə HƏMAS lideri Yəhya Sinvarın İsrailə qarşı döyüşən digər liderlərlə eyni aqibəti paylaşacağına dair xəbərdarlıq mesajları yer alıb.

“Heç bir tunel çox dərin deyil, Sinvar. Səyid Həsəndən soruşun” yazılmış broşürdə Hizbullah lideri Həsən Nəsrullahın yeraltı müəssisədə öldürülməsindən bəhs edildiyi bildirilir.

“Nə yerin altında, nə də yerin üstündə heç bir təhlükəsiz yer olmayacaq və heç bir şey onları yerin dərinliklərində basdırılmaqdan qoruya bilməyəcək”, - deyə deyilir.

HƏMAS-ın siyasi liderinin müavini Saleh Aruri kimi öldürülən digər liderlərin görüntüləri də nümayiş etdirilib.

Günel Məlikzadə