-
- 21-10-2024, 15:53
- 496
Şimali Koreya da müharibəyə qarışır
Cənubi Koreya Xarici İşlər Nazirliyi Pxenyanın Moskvanın Ukraynadakı müharibəsinə dəstək vermək üçün minlərlə əsgər, o cümlədən xüsusi təyinatlılar bölməsi göndərmək qərarından sonra Rusiya səfirini nazirliyə çağırdığını açıqlayıb.
News24.az xəbər verir ki, nazirlikdən verilən açıqlamada bildirilib ki, xarici işlər nazirinin müavini Kim Honq Kyun “Şimali Koreyanın Rusiyaya qoşun göndərməsindən ciddi narahatlığını ifadə edib və Şimali Koreya qüvvələrinin dərhal çıxarılmasını və müvafiq əməkdaşlığın dayandırılmasını istəyib”.
Ukrayna prezidenti Vladimir Zelenski Brüsseldə jurnalistlərə bildirib ki, Rusiya döyüş meydanına təxminən 10 min Şimali Koreya əsgərini yerləşdirməyə hazırlaşır.
Zelenski Şimali Koreyanı Rusiyaya silah, işçi və əsgər verməkdə ittiham edib.
Daha sonra ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Şimali Koreyanın Rusiyaya dəstək üçün Ukraynaya qoşun göndərməsi ilə bağlı iddiaları araşdırdığını açıqlayıb.
Günel Məlikzadə