-
- 28-10-2024, 18:08
- 437
“Elə bilirdim ki, SSRİ Xalq artisti olacağam”
“Mən bilirdim ki, Xalq artisti olacağam. Bir o olmadı ki, elə bilirdim, SSRİ-nin də Xalq artisti olacağam. O da dağıldı”.
News24.az xəbər verir ki, bu sözləri jurnalist Pərviz Hüseynin təqdimatında yayımlanan “Pərvizə görə” verilişində Xalq artisti Faiq Ağayev deyib.
O bildirib ki, bu sənətə gələndə arzuladıqlarının əksəri reallaşıb:
“Mənə bu sənət maraqlıdır. Beş dəqiqənin içərisində 3-5 sifət dəyişməlisən. Olmayanlar da oldu. Bu da şəxsi həyatla bağlı idi. 2001-ci ildə Nərgiz Cəlilova mənə sual verdi ki, zaman kapsulu olsa, ora bir yazı qoysan ki, 20-30 il sonra açılacaq. Dedim, mən sizə söz verirəm ki, nəvələriniz üçün də aktual olacağam. Qismən buna da nail oldum. Çünki janrlar dəyişir. Necə ki, bizim valideynlərimiz Rəşid Behbudov, Rübabə Muradova çərçivəsindən o yana heç kimi görmürdülər. İndiki cavanlar üçün də bir növ bürüncləşmiş heykəllərik ki, deyir, bu var, amma zövqüm başqadır. Konsertimə 17 yaşlı cavan gəlir ki, valideynlərim sizi dinləyir. Biri var, toyda dedi ki, adımı sizə görə, Faiq qoyublar. Deyir, əvvəl sevmirdim, amma sonradan sizi dinləməyə başladım, anladım”.