Cəlilabadda qaz partladı- ev sahibi yandı
    • 25-09-2019, 10:17
    • 508

Cəlilabadda qaz partladı- ev sahibi yandı

Sentyabrın 25-də səhər saat 06:00 radələrində Cəlilabad rayonunun Üçtəpə kəndində vətəndaş Təhməzov Maarif Abdultalıb oğluna məxsus evdə qazdan istifadə qaydalarının pozulması səbəbindən yanğın hadisəsi baş verib.

“Azəriqaz” İstehsalat Birliyinin Lənkəran Regional qaz istismarı İdarəsindən News24.az-a verilən məlumata görə, evin mətbəx hissəsi yanıb. Ev sahibi isə yanıq xəsarətləri alıb.

Afaq Mirayiq