Məşğuluq proqramına cəlb olunanların sayı 11 minə çatdırılacaq
    • 8-11-2019, 13:33
    • 494

Məşğuluq proqramına cəlb olunanların sayı 11 minə çatdırılacaq

"3 ildir ki, ölkə başçısının tapşırığı ilə özünəməşğulluq proqramı həyata keçirilir. Bu proqramın məqsədi işsiz və iş axataran vətəndaşların aktiv əmək bazarına cəlb olunması və onlara dövlət vəsaiti hesabına aktivlərin verilməsi ilə kiçik təsərrüfatların yaradılması və mikrobiznesə dəstək verilməsidir".

News24.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlinin müavini Anar Əliyev mərkəzləşdirilmiş elektron informasiya sistemində yaradılan “Məşğulluq” altsisteminin istifadəyə verilməsi ilə bağlı keçirilən mətbuat konfransında deyib.

O bildirib ki ötən il bu proqram çərçivəsində 7200 şəxsi proqrama cəb edilib: "2019-cu ildə bu göstərici 10 minə çatdırılıb. 2020 -ci ildə bu proses daha da genişləndirilərək proqrama cəlb olunanlarln sayının 11 minə çatdırılacaq. Ölkə başçısınım tapşırığı ilə hazırda Dünya Bankı ilə müzakirələr aparılır. Dünya Bankı ilə imzalanması gözlənilən sazişə uyğun olaraq 11 minə yaxın şəxsin bu proqrama cəlb olunması gözlənilir. Bu işdə şəffaflığın təmin olunması məqsədi nazirlik xüsusi e-xidmət sistem yaradıb".

Afaq Mirayiq