Kürdəmirdə azyaşlıların Yeni il şənliyi zamanı ZALIN DÖŞƏMƏSİ ÇÖKDÜ
    • 27-12-2019, 11:12
    • 502

Kürdəmirdə azyaşlıların Yeni il şənliyi zamanı ZALIN DÖŞƏMƏSİ ÇÖKDÜ

Kürdəmir rayonunda azyaşlı uşaqlar üçün təşkil olunmuş Yeni il şənliyi zamanı zalın döşəməsi çöküb.

News24.az-ın Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Xırdapay kənd folklor evində qeydə alınıb.

Şənlik zaman qəfildən zalın döşəməsi çöküb. Hadisə zamanı xəsarət alan olmasa da, azyaşlılar dərhal zaldan çıxarılıblar.

Qeyd edək ki, Xırdapay kənd folklor evi 2013-cü ildə təmir olunub. İlkin məlumata görə, həmin zaman işlərin qeyri-peşəkarlara həvalə olması zalın döşəməsinin çökməsinə səbəb olub.