Bakıda evdən KİŞİ MEYİTİ AŞKARLANDI
    • 28-12-2019, 09:06
    • 412

Bakıda evdən KİŞİ MEYİTİ AŞKARLANDI

Bakıda evdən meyit aşkarlanıb.

Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən məlumata görə, "112" qaynar telefon xəttinə Nərimanov rayonunda 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qaldığı ilə bağlı zəng daxil olub.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1936-cı il təvəllüdlü Musayev Yusub Hümbət oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.