Yeni ilin ilk günü Azərbaycanın yol qəzalarında 6 NƏFƏR ÖLDÜ
    • 2-01-2020, 13:28
    • 443

Yeni ilin ilk günü Azərbaycanın yol qəzalarında 6 NƏFƏR ÖLDÜ

Azərbaycan Respublikasının daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 15 cinayətin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 16 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 1 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 6 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 6 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 3, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 15 nəfər saxlanılıb.