Professorun oğlu zəhərlənmədən vəfat edib
    • 2-01-2020, 15:49
    • 1 050

Professorun oğlu zəhərlənmədən vəfat edib

Professor Rəfail Əhmədlinin oğlu zəhərlənmədən dünyasını dəyişib.

News24.az xəbər verir ki, b haqda təhsil eksperti Etibar Əliyev sosial şəbəkədə məlumat verib.

Onun sözlərinə görə, 28 yaşlı Rüfət Əhmədli təxminən iki həftə əvvəl zəhərlənib: "Ailə üzvləri əlamətlərindən onun botulizm (ev şəraitində hazırlanan konservləşdirilmiş qidalardan yaranan zəhərlənmə) xəstəliyindən əziyyət çəkdiyini bilməsələr də, Rüfəti xəstəxanaya yerləşdiriblər. Buna baxmayaraq Rüfət Əhmədli vəfat edib" - deyə, E.Əliyev bildirib.

Rafail Əhmədli Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) şöbə müdiri olub.
O, hazırda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fәlsәfә vә Hüquq İnstitutunda çalışır.