Qoşulub qaçan quda DANIŞDI
    • 6-01-2020, 18:04
    • 1 019

Qoşulub qaçan quda DANIŞDI

"Oğlumla qudam Rizvan arasında söz-söhbət oldu. Gördüm ki, bunun axırı yaxşı qurtarmır. Telefonumun enerjisi bitdiyindən çıxan xəbərlərdən məlumatım olmayıb. Mən onunla bir yerdə olmamışam. Qoşulub qaçmamışam, Sumqayıta kimi getmişəm. Ondan sonra xəbərim olmayıb".

News24.az xəbər verir ki, bu sözləri son günlərdə gündəmi zəbt edən qoşulan qudalardan biri ATV-də yayımlanan "Bizimləsən" verilişində deyib. Onun sözlərinə görə hər şeyi qız tərəfi edib: "Bizim şəklimiz onlar tərəfindən yayımlanıb. Nə məlumat varsa onlar tərəfindən yayılıb. Qız tərəfi hətta səksən yaşına çatan nənəmə kimi söz qoşublar. Sosial şəbəkədə yayılan bütün məlumatlar yalandır. Şəkil isə ailəvi məclis zamanı çəkilib. Yayılan yazışmaları Rizvan özü yazıb".

Sevda Bayramova