Xırdalanda keçmiş məhkumdan 6 kq MARİXUANA GÖTÜRÜLDÜ
    • 9-01-2020, 13:24
    • 612

Xırdalanda keçmiş məhkumdan 6 kq MARİXUANA GÖTÜRÜLDÜ

Xırdalan sakinində narkotik maddə aşkarlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən News24.az-a verilən xəbərə görə, Abşeron Rayon Polis İdarəsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş S.Dadaşovdan 6 kiloqrama yaxın marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.