Çində koronavirus xəstələri həbs edilir
    • 30-01-2020, 22:16
    • 754

Çində koronavirus xəstələri həbs edilir

Çinin Hubey əyalətinin hakimiyyət orqanları karantindən imtina edən, həmçinin yoluxdurmaq məqsədilə digər insanlara tüpürən yeni növ koronavirus daşıyıcılarını cinayət məsuliyyətinə cəlb edəcək.

News24.az xəbər verir ki, tibbi heyətə qəsdən xəsarət yetirmə və hücum, dövlət və özəl mülkiyyətə qəsdən zərərvurma, həkimləri açıq-aşkar təhqir etmə və hədələmə halları xüsusilə ciddi cəzalandırılacaq. Təlimata tabe olmayanları cərimə və iki ilədək həbs cəzası gözləyir.