-
- 21-02-2020, 15:51
- 607
ASCO ötən il 208 min ton çirkab suyu ərazilərdən kənarlaşdırıb
Ötən il “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) həm sahil, həm də dəniz obyektlərində formalaşan 207 967,5 ton çirkab məişət-təsərrüfat və 13 392,2 ton neftli döşəməaltı sularını bağlanmış müqavilələr əsasında səriştəli mütəxəssislərə və texniki resurslara malik sertifikasiyalı qurumlara təhvil verilməklə kənarlaşdırılıb.
ASCO-dan News24.az-a verilən məlumata görə, 2019-cu ildə QSC-nin obyektlərində formalaşan 185,9 ton işlənmiş sürtgü yağı, 90,7 ton yağlı əski, 22,3 ton sintetik propilen buraz kəndir qalığı, 220,4 ton şüşə məmulatları da ərazilərdən kənarlaşdırılıb.
Məlumata əsasən, hesabat dövrü 98 ədəd yararsız akkumulyator və halvanik elementlər, 97,8 ton rezin tullantısı, 222 ədəd yanacaq, 634 ədəd yağ və 370 ədəd hava süzgəci, 55 ton işlənmiş boya qabı və boya tullantıları, 423,9 ton taxta tullantı, 2,6 ton tibbi tullantı, 176,6 ton sellüloz (kağız-karton) tullantısı, 264 ton tekstil parça qalığı, 289,5 ton polimer əsaslı və plastmas tullantı, 1258,1 ton qida qalığı aidiyyəti üzrə təhvil verilib.
“Qeyd edilən dövrdə Dənizkənarı Milli Park və Cəmiyyətin sahil fəaliyyət akvatoriyaları səthindən 21,2 ton müxtəlif ölçülü əşyalar yığılıb təhvil verilib”, - məlumatda qeyd edilir.