Dumanlı hava ayın 15-nə kimi davam edəcək
    • 12-03-2020, 20:13
    • 579

Dumanlı hava ayın 15-nə kimi davam edəcək

Bu gün axşam saatlarından başlayaraq Respublika ərazisində meteoroloji şəraitlə (dərin inversiya qatı və nisbi rütubətin artması) bağlı olaraq yenidən Bakı və Abşeron yarımadasında duman müşahidə olunur.

Bunu News24.az-a Milli Hidrometeorologiya Departamentinin hidroloqu Asif Verdiyev bildirib.

O qeyd edib ki, havanın durğun keçməsi ilə eyni zamanda tozun miqdarı da bəzi ərazilərdə normadan bir qədər artıqdır.

Dumanlı hava şəraitinin mart ayının 15-i günorta saatlarına kimi davam edəcəyi gözlənilir.