Koronavirus daha iki il DAVAM EDƏCƏK
    • 1-05-2020, 20:00
    • 510

Koronavirus daha iki il DAVAM EDƏCƏK

"Koronavirus pandemiyası daha iki il davam edəcək".
 
News24.az xəbər verir ki, bu sözləri ABŞ-ın Minnesota Universitetinin İnfeksion Xəstəliklər Araşdırma Mərkəzinin alimləri deyib. 

Mütəxəssislərin fikrincə, pandemiya 2022-ci ildən sonra da müəyyən fasilələrlə müşahidə ediləcək. Tədqiqatçılar dünya əhalisinin üçdə ikisinin yoluxub sağalmayınca, koronavirusa nəzarət edə bilməyəcəklərini də diqqətə çatdırıblar.
 
Qeyd edək ki, alimlər “COVID-19”-a yoluxmanın bəzi hallarda simptomsuz davam etməsini isə əlavə təhlükə adlandırıb.