İki aylıq qadağadan sonra küçəyə axışdılar... - FOTOLAR
    • 4-05-2020, 16:42
    • 512

İki aylıq qadağadan sonra küçəyə axışdılar... - FOTOLAR

Avropada koronavirusun ən çox zərbə vurduğu ölkələrdən olan İtaliyada həyat axarına qayıdır.

İtaliya koronavirusun yayılması səbəbiylə ölkə daxilində komendant saatları tətbiq edən ilk ölkə idi. Ölkədə 2 ay müddətinə küçəyə çıxma qadağasından sonra vətəndaşlar bu gün tədricən yenidən küçələrə qayıtmağa başlayır.

İtalyanların artık küçədə məşq etməsinə və maska taxdıqları təqdirdə eyni bölgədəki qohumlarını ziyarət etməsinə icazə verilib.

Ölkədə parklar açılıb, restoranlar da paket xidmətə keçib. 

Bundan əlavə, 15 iştirakçıdan çox olmamaqla cənazə mərasimlərinə də icazə verilib. 

İctimai nəqliyyatda və qapalı ərazilərdə maska taxmağın məcburi olacağı ölkənin böyük şəhərlərində metro və bələdiyyə avtobusları da virusun yayılma riskinə qarşı müəyyən sayda sərnişin qəbul edir.

Qeyd edək ki, hökumətin 26 aprel tarixli qərarına əsasən, muzeylər, kitabxanalar mayın 18-dən, restoran, kafe və bərbərlər isə iyunun 1-dən xidmət göstərməyə başlayacaqlar.

Xatırladaq ki, İtaliyada bu günə qədər 210 717 nəfər COVID-19-a yoluxub, 28 884 nəfər ölüb. Ümumilikdə 81 654 nəfər xəstəlikdən sağalıb. /Qafqazinfo/