Sizdən ötrü qan verməyə cümlə hazırız! - FOTO
    • 12-06-2020, 09:55
    • 419

Sizdən ötrü qan verməyə cümlə hazırız! - FOTO

“ASAN xidmət” 14 iyun  - Ümumdünya Qan Donoru Günü münasibəti ilə vətəndaşlara sosial çağırış edib. 

Qurumdan News24.az-a verilən məlumata görə, "ASAN Xidmət"in sosial şəbəkə hesablarında talassemiyalı uşaqlara dəstək məqsədi ilə fotolar paylaşılıb. Paylaşımda onlar üçün  hər kəsin qan verməyə hazır olduğu sosial çağırışı əks olunub. 

Azərbaycanda 1500-dən çox talassemiyalının, həyatları qandan asılı olan digər hematoloji xəstələrin və təcili əməliyyata ehtiyacı olan şəxslərin hər zaman davamlı qan təminatı zəruridir. Qanın tək mənbəyi isə sağlam və könüllü donorlardır: "Könüllü qan donoru olmaq istəyən şəxslər Bakı şəhərində Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankına, regionlarda isə Mərkəzi Qan Bankının bölmələrinə müraciət edə bilərlər".