Narkotacir təsadüfən polisə 8 kiloqram kokain gətirdi
    • 1-07-2020, 10:51
    • 553

Narkotacir təsadüfən polisə 8 kiloqram kokain gətirdi

İngiltərədə narkokuryer təsadüfən 8 kiloqrama yaxın kokaini təsadüfən polisin axtarış apardığı evə gətirib. 

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, polis şübhəlinin evində axtarış aparan zaman evə oyuncaqlarla dolu bağlama gəlib. Hüquq-mühafizə orqanlarının əməkdaşları paketi araşdırmaq qərarına gəliblər. Oyuncaqların içindən təxminən 8 kiloqram kokain olduğu üzə çıxıb.

Bildirilib ki, narkotik vasitənin dəyəri 600 min funt sterlinq (51.6 milyon rubl) səviyyəsində qiymətləndirilir.

Şübhəli saxlanılıb. O, İngiltərəyə narkotik idxalı, həmçinin çətənə saxlamaqda ittiham olunur.