"TƏBİB və Səhiyyə Nazirliyi arasında təhvil-təslim, səlahiyyətlərin bölgüsü tam başa çatmayıb" - Hikmət Hacıyev
    • 10-07-2020, 18:21
    • 586

"TƏBİB və Səhiyyə Nazirliyi arasında təhvil-təslim, səlahiyyətlərin bölgüsü tam başa çatmayıb" - Hikmət Hacıyev

Koronavirisa qarşı mübarizıdə bütün dövlət qurumları birgə iştirak edir. 

News24.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, Azərbaycanın səhiyyə sistemi ilə bağlı böyük planlar var idi:"Koronavirus müharibəsi səbəbindən TƏBİB və Səhiyyə Nazirliyi arasında təhvil-təslim, səlahiyyətlərin bölgüsü tam başa çatmayıb. Ona görə də hər iki qurumun birgə fəaliyyəti təşkil olunur. Məqsəd koronavirusa qarşı mübarizənin effektiv aparılmasıdır". 

Afaq Mirayiq