Prezident köməkçisi:
    • 20-07-2020, 17:47
    • 596

Prezident köməkçisi: "Mənim də ailəm rayonlara getmək istəyir"

“Mənə deyirlər ki, Bakıdan rayonlara yol açılsa gedib evdə oturacaqlar. Bu, mümkün deyil. Mənim də ailəm Azərbaycanın gözəl guşələri -Qəbələ, İsmayıllı və digər yerlərə getmək istəyirlər. Amma bu indiki halda imkansızdır”.

News24.az
xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Operativ Qərargahın brifinqdə deyib. O qeyd edib ki, istənilən halda rayona getmək riski artırır: "Vəziyyəti nəzarət altına alan kimi ən birinci Bakıdan rayonlara gedişi açacağıq. Bu gün Bakıdan rayonlara getmək imkanı yaratmaqla əldə etdiyimiz nailiyyətləri itirə bilərik. Deyirlər ki, Bakıdan gedib rayonda evdə oturacaqlar. Bu, mümkün deyil. Yoluxmanı idarəedilən səviyyəyə çatdırmalıyıq. Biz bilməliyik ki, yoluxan insan haradadır və kimdən yoluxub. Bunu bilsək yoluxma nəzarət edilən formaya düşəcək. Buna nail olduqca bütün Azərbaycan sarı, sonra isə yaşıl zonaya düşəcək. ”.