-
- 21-07-2020, 12:11
- 476
““Metsamor”la bağlı açıqlama rəsmi mövqeni ifadə etmir”
“Azərbaycan Silahlı Qüvvələri tərəfindən mülki və strateji obyektlərin hədəfə alınması ilə bağlı siyasəti yoxdur. Ermənistan bu kimi məsələlərdən dezinformasiya kimi istifadə edir”.
News24.az xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
H. Hacıyev qeyd edib ki, ermənilər arsenalında olan “İsgəndər” raketi vasitəsilə müxtəlif vaxtlarda Mingəçevir su anbarını vurmaqla bağlı hədələyiblər: “Onlar bununla bağlı təhdid xarakterli açıqlamalarla çıxış edirlər. O cümlədən strateji obyektlər olan neft-qaz boru kəmərlərimizi hədəfə alacaqları ilə bağlı açıqlamalar veriblər. Azərbaycanın hər hansı strateji əhəmiyyət daşıyan nöqtələri hədəfə alması məqsədi yoxdur. Onlar bu kimi dezinformasiyalarla məsələdən beynəlxalq ictimaiyyətin diqqətini yayındırmaq istəyirlər. Ermənistanın siyasi hərbi rəhbərliyi müxtəlif vaxtlarda Azərbaycanın strateji obyektlərini vurmasıyla bağlı çoxsaylı açıqlamalar, bəyanatlar verilib. Keçmiş Prezident Serj Sarkisyan Bakı şəhərini və neft qaz kəmərlərini vuracaqlarını bildirmişdi. Azərbaycanın şəhərlərini Ağdam kimi xarabalığa çevirməklə bağlı ifadələr də işlətmişdi. Azərbaycan tərəfindən “Metsamor”la bağlı verilən açıqlama rəsmi mövqeni ifadə etmir. Bu, fərdi istiqamətdə olan fikirdir. Ermənistan “Metsamor” məsələsini qəsdən siyasi şouya çevirib”. /Qafqazinfo.az/