Dənizdə batanlardan biri tanınmış şair Şaiq Vəlinin oğludur
    • 1-08-2020, 13:32
    • 649

Dənizdə batanlardan biri tanınmış şair Şaiq Vəlinin oğludur

Dünən Sumqayıtda dənizdə (nəzarətsiz ərazidə) 2 nəfərin batması barədə məlumat yayılıb. Fövqəladə Hallar Nazirliyi bu gün boğulan şəxslərdən birinin, 2005-ci il təvəllüdlü Məmmədov Babalar Famil oğlunun meyitini taparaq aidiyyəti üzrə təhvil verib. Dənizdə batan digər gənc, 2005-ci il təvəllüdlü Vəliyev Pərvizin axtarışları isə davam etdirilir. 

News24.az xəbər verir ki, 15 yaşlı Pərviz tanınmış şair Şaiq Vəlinin oğludur. 

Bu barədə yazıçı Şərif Ağayar sosial şəbəkədə məlumat yayıb:

“Olmur, alınmır. Çox ağırdır. Şaiq Vəlinin sarışın saçlı, ən çox sevdiyi oğlu dənizdə batdı”. 

Qeyd edək ki, şair 2013-cü ildə uzun sürən ağır xəstəlikdən sonra vəfat edib.