Cammu və Kəşmirdəki müsbət inkişafın bir ili- Hindistan səfiri
    • 4-08-2020, 20:00
    • 400

Cammu və Kəşmirdəki müsbət inkişafın bir ili- Hindistan səfiri

Cammu və Kəşmir ştatının, Cammu və Kəşmir və Ladax İttifaq Ərazisi olaraq yenidən təşkil edilməsini Hindistan Hökumətinin qərara almasından sonra keçən bir ili şərh edən Hindistanın Bakıdakı səfiri B. Vanlalvavna, yenidən qurulmanın İttifaq ərazisində bir çox müsbət dəyişikliklərə səbəb olduğunu, düzgün idarəetmənin təkmilləşdirilməsi hədəfinə çatdığını və ittifaq ərazisi əhalisinə hərtərəfli sosial-iqtisadi inkişaf gətirdiyini bildirdi. O, son bir il ərzində hökumətin səylərinin bölgədəki insanların həyatında ciddi müsbət dəyişikliklər yaratdığını qeyd edib.

News24.az xəbər verir ki, səfirin sözlərinə görə, qanun keçən il, keçmiş Cammu və Kəşmir əyalətlərini Hindistanın qalan hissəsi ilə tamamilə birləşdirib. Bununla da, Hindistanın digər bölgələrində tətbiq olunan və qadınlar və uşaqlar da daxil olmaqla az imtiyazlı şəxslərin sosial, iqtisadi və siyasi hüquqlarını qorumaq və inkişaf etdirmək üçün nəzərdə tutulmuş bütün qanunlar, Cammu və Kəşmir İttifaq Ərazisinə də şamil olunub. Bu qanun, yalnız İttifaq ərazisindəki qadınlara və uşaqlara səlahiyyət vermədi, eyni zamanda bütün əhaliyə fayda gətirəcək idarəetmədə şəffaflıq və cavabdehlik yaradıb. Faktiki olaraq, Cammu və Kəşmir İttifaq Ərazisinə aid 100-dən çox akt müasir dövrə uyğunlaşdırılaraq dəyişdirildi. Hindistan Hökumətinin Cammu və Kəşmirə inkişaf gətirmək qərarlılığını nümayiş etdirmək üçün, 36 Birlik Naziri, Cammu və Kəşmirin 50-dən çox bölgəsini ziyarət etdi və son bir ildə 200 layihənin açılışını həyata keçirib.

Yenidənqurma nəticəsində baş verən bəzi müsbət dəyişikliklər barədə Səfir bildirdi ki, 2009-cu il tarixli Pulsuz və İcbari Təhsil Hüququ Qanununun tətbiqi, Cammu və Kəşmirdə uşaqların 14 yaşına qədər təhsil almaq hüququnu təmin edib. 2015-ci il tarixli Yetkinlik yaşına çatmayanlar üçün ədalət (Uşaqların müdafiəsi) Aktının və 2005-ci il tarixli Qadınların Məişət Zorakılığından Müdafiəsi Qanunun tətbiqi qadınlara səlahiyyət vermiş və uşaqları istismar və zərərlərdən qorumuşdur. İlk dəfə olaraq 24 oktyabr, 2019-cu ildə Pançayati Raj adlandırdığımız yerli özünü idarəetmənin II səviyyəsi- Rayon İnkişaf Şuralarına seçkilər keçirilib. Seçkilərdə seçici fəallığı 98% -dən çox idi və qadınlar onlar üçün ayrılmış yerlərə seçildi ki, bu qadınlara əsas siyasətdə rol oynamağa imkan verib. Pançayatların funksiyaları və büdcəsi də son bir ildə genişləndirilmişdir. Bura son bir ildə Pançayata 200 milyon ABŞ dollarından artıq pul köçürülməsi daxildir.

Səfirin sözlərinə görə, hökumət 2019-cu ilin noyabr ayında 'kəndə qayıt' adlı iştirakçı proqramı da təqdim edib. Bu proqram vasitəsilə hökumət üzvləri hər bir Pançayata baş çəkərək, iki gün və bir gecə müddətində müxtəlif inkişaf proqramlarını müzakirə edib. Bu proses vasitəsilə həmçinin, kəndlərin əhalisinin rəyləri də toplanıb. Nəticədə görülməsi zəruri olan 20 mindən çox inkişaf istiqamətində iş xalq tərəfindən müəyyən edilib ki, onlardan 7000-i artıq icra edilmişdir. Bu yaxınlarda Cammu və Kəşmirin ilk e-Milli Kənd Təsərrüfatı Bazarı (e-NAM) platforması da istifadəyə verilib. Alma becərənlərə kömək etmək istiqamətində Kəşmir alması üçün unikal bazara müdaxilə sxemi təqdim edilib. Bu, Hindistanın Milli Kənd Təsərrüfatı Kooperativ Marketinq Federasiyası tərəfindən idarə olunan 5 təyin olunmuş məkandan alma tədarükünü nəzərdə tutur. Bu proqram vasitəsi ilə 2020-ci ilin yanvar ayına qədər təxminən 10 milyon ABŞ dolları dəyərində 15000 meqa ton alma birbaşa əkinçilərdən alınıb və satışdan əldə edilən gəlir birbaşa qazanc köçürmə yolu ilə alma yetişdiricilərinə ödənilib. Kəşmir zəfəranını tanıtmaq üçün Milli Zəfəran Missiyası nəzdindəki Pampore şəhərində Hindistan Beynəlxalq Kəşmir Zəfəran Ticarəti Mərkəzi inşa edilmişdir və bu mərkəz Kəşmir zəfəranının toplanmasını, emalını, qablaşdırılmasını və e-xərracını asanlaşdıracaq.

Səfir bildirib ki, dünyanın hər yerindən sərmayə axışını təşviq etmək üçün, 2020-ci ilin yanvar ayında Nyu Dehlidə keçirilən Qlobal İnvestorlar Sammitinin sammitdən əvvəlki ilk yığıncağı Cammu və Kəşmirdə təşkil edilib. Bu iclas müddətində istehsala və məşğulluğa təkan vermək üçün 14 sektor təbliğ edilib. Hindistan şəhərlərində də 1,8 milyard ABŞ dollarından çox dəyərdə Memorandumların imzalanması ilə nəticələnən investisiya şouları təşkil edilib. İlk olaraq, gənclərin məşğulluğunun təmin edilməsi məqsədilə Cammu və Kəşmir Hökuməti birinci mərhələdəki bütün səviyyələr üzrə sürətli işə qəbul üçün 10 000 vakansiya elan etmiş və gələcəkdə də əlavə 25 000 iş yeri planlaşdırmışdır. Texniki istedadlı gənclər arasında məşğulluq imkanlarını artırmaq və sahibkarlığı təşviq etmək üçün iki İT parkının yaradılması planlaşdırılıb. Məhsul tədqiqatı, inkişafı və marketinqi məqsədilə on iki start up seçilmişdir. Hökumət həmçinin, 25 000 boş iş yeri olan 50 yeni təhsil müəssisəsi təsis etmişdir ki, bu keçən 70 ildə ən böyük göstəricidir. 2 yeni Bütün Hindistan Tibbi Elmlər İnstitutu, 7 yeni tibb kolleci, 5 yeni tibb bacısı kolleci və bir dövlət xərçəng institutu daxil olmaqla 1 milyard ABŞ dolları dəyərində yeni sağlamlıq infrastrukturunun qurulması planlaşdırılır. Əlavə olaraq, tibb təhsili üçün 1400 tibb / orta tibbi yer əlavə edilmişdir. Həmçinin, son bir ildə hökumətin müxtəlif təqaüd planlarından istifadə edən 500.000 tələbə ilə Kəşmirdən gələn tələbələrin sayında dörd qat artım müşahidə edilib. Hökumət eyni zamanda, Hindistan Texnologiya İnstitutu və Hindistan Elm Təhsil və Tədqiqat İnstitutları kimi önəmli müəssisələrdə Cammu və Kəşmirin 500 tələbəsinə iki aylıq təcrübə imkanı yaradır. Həmçinin, Cammu və Kəşmirdə İxtiraçılıq, İnnovasiya, İnkubasiya və Təlim üçün iki Mərkəzin yaradılmasına icazə verilib.

Baş Nazirin İnkişaf Paketi çərçivəsində həyata keçirilən layihələr sürətləndirilmişdir və bu istiqamətdə 17 layihə tamamlanmış və yaxud tamamlanmaq üzrədir. Cammu və Kəşmirin İnfrastruktur İnkişafı Maliyyə Korporasiyası çərçivəsində 80 milyon ABŞ dolları dəyərində 500-dən çox layihə tamamlanmışdır və təxminən 800 milyon ABŞ dolları dəyərində 2000-dən çox layihəyə icazə verilmişdir. Cammu və Srinaqarın ağıllı və dayanıqlı şəhərlərə çevrilməsi məqsədilə dəyəri 930 milyon ABŞ dollarından çox olan 190 layihənin həyata keçirilməsi planlaşdırılır. İki paytaxda dəyəri 1,3 milyard ABŞ dollarından artıq olan yüngül dəmir yolu tranzit sistemlərinin qurulması də təsdiqlənib.

Son bir ildə kasıb məhəllələrin inkişafı və bərpası üçün 200 min evin inşası təsdiq edilmişdir. Bundan əlavə, 70 il ərzində ilk dəfə olaraq 300.000 ev təsərrüfatı elektrik enerjisi və 293.000 ev su xətti ilə təmin olunmuşdur. Məktəb uşaqları üçün 800.000 tələbə sağlamlıq kartı verilmişdir. Milli Qida Təhlükəsizliyi Aktı çərçivəsində zəruri qida məhsullarını təmin etmək üçün Bir Millət Bir Kart Sxeminin ilk mərhələsi başlanıb.

Gənclərlə məşğulluğu və idmanı təbliğ etmək üçün ilk dəfə Kelo Hindistan Qış Oyunları 2020-ci ilin mart ayında Gülmarqda keçirildi və burada Hindistanın müxtəlif yerlərindən 900-dən çox idmançı iştirak etdi. Bundan əlavə, il ərzində Cammu və Kəşmirdə müxtəlif idman fəaliyyətlərində 500.000-dən çox gənc iştirak etdi və 126.000 gənc məşqçi adını qazandı. Hökumət, eyni zamanda hər bir bölgədə qapalı idman kompleksi, hər Pançayatda uşaq meydançası və Cammu və Srinagarda beynəlxalq obyektlər tikməyi planlaşdırır.

COVID-19 pandemiyasına qarşı mübarizə ilə bağlı Səfir, testlərin aparılması üzrə Hindistandakı ortalama nisbətlə müqayisədə Cammu və Kəşmirin 4 dəfə daha yüksək ən yaxşı nəticə göstərən ştatlardan biri olduğunu söylədi. Cammu və Kəşmir, COVID-19 üzrə xəstəxanalar qurulan ştatlardan/ ittifaq ərazisindən biridir və hal-hazırda 20,000 çarpayılıq intensiv müayinə və oksigen qurğuları olan 2500 çarpayılı təcrid otaqları da daxil olmaqla 60.000 yeni çarpayılı 17 xüsusi xəstəxana var. Srinaqar, Hindistanda COVID-19 ilə mübarizədə ən yaxşı təcrübələrə görə seçilmiş 16 şəhər sırasındadır. Hökumət, mənfi təsirə məruz qalanlara kömək məqsədilə 47 milyon ABŞ dolları məbləğində maliyyə yardımı paketi qəbul etmiş və ölkə daxilində və xaricdə qalan 250.000 Cammu və Kəşmir sakininin geri qaytarılmasına kömək edib.