"İndikilərin səviyyəsi çox aşağıdır..." - ELDAR MANSUROV GİLEYLƏNDİ
    • 17-08-2020, 11:25
    • 1 508

"İndikilərin səviyyəsi çox aşağıdır..." - ELDAR MANSUROV GİLEYLƏNDİ

Xalq artisti Eldar Mansurov ATV-də yayımlanan "Bağ mövsümü" verilişində qonaq olub.

News24.az xəbər verir ki, musiqiçi estradanın indiki vəziyyətindən şikayətlənib. O, aparıcının "Bugünki müasir sənət yolumuz möhkəmdir" sualına belə cavab verib:

"Bu sualla ətrafdakı ağacların xətrinə dəyməyin. Onlar gözəl bar verir. İstərdim ki, bizim estrada da elə bar versin. Heyif estrada belə deyil. Gözəl estradamız var idi. Bu, mənim sənətim idim. Fikir çəkirəm. İndiyənə kimi estradamız necə idi, indi nə gündədir. Yaxşılarla işləmişəm. İndikilərlə müqayisəyə gəlmirlər, çünki indikilərin səviyyəsi çox aşağıdır. Baxın, Müslüm Maqomayev, Flora Kərimova, Yalçın Rzazadə...Görün, kimlər var idi. Bu gün olanlara baxın. İndi gözə tək-tək dəyirlər. Gözümü açıb evimizdə muğam görmüşəm. Evimizə sənətkarlar gəliblər. Onların bir-biri ilə münasibətlərini görmüşəm, paxıllıqlarını yox".

Sevda Bayramova