2020-ci ilin birinci yarımilində Azərbaycanda 1291 qadına qarşı cinayət törədilib - BAŞ PROKURORLUQ
    • 21-08-2020, 13:02
    • 385

2020-ci ilin birinci yarımilində Azərbaycanda 1291 qadına qarşı cinayət törədilib - BAŞ PROKURORLUQ

“2020-ci ilin birinci yarımilində qadınlar tərəfindən 463, 2019-cu ildə isə 1039 cinayət törədilib. 2020-ci ilin birinci yarımilində qadınlara qarşı 1291, 2019-cu ildə isə 3091 cinayət törədilməsi baş verib”. 

News24.az xəbər verir ki, bu məlumat Baş Prokurorluğun “Instagram” səhifəsində aparılan sual-cavab sessiyasında qeyd olunub. 

Bildirilib ki, qadınlar tərəfindən və onlara qarşı törədilən cinayətlərin statistikası Daxili işlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən aparılır.