Dərsdən sonra sıxlığın yaranmasına nəzarət olunacaq
    • 27-08-2020, 18:36
    • 706

Dərsdən sonra sıxlığın yaranmasına nəzarət olunacaq

Dərslər bitəndən sonra uşaqların sıxlıq yaranmadan çıxması üçün sosial məsafənin qorunmasına "Məktəblinin dostu" layihəsinin könüllüləri kömək edəcək. 

News24.az-ın verdiyi xəbərə görə, bunu nazirin müşaviri Rüstəm Ağayev deyib.

Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu deyib ki, siniflərin bölünməsi və şagirdlərin həftədə 2 və ya 3 dəfə dərsə gəlməsi eyni zamanda dərsə gələn şagirdlərin sayını bir neçə dəfə azaldacaq: "Həmçinin, bəzi fənnlərin yalnız distant formada keçirilməsinə baxılır. Bu qərar olarsa, sıxlıq daha da azalacaq. Bu da sosial məsafənin qorunmasına kömək edəcək".