"Jurnalistlərin binası"nda XOŞAGƏLMƏZ HADİSƏ - FOTOLAR
    • 30-08-2020, 19:01
    • 1 305

"Jurnalistlərin binası"nda XOŞAGƏLMƏZ HADİSƏ - FOTOLAR

Bu gün səhər saatlarında "Jurnalistlər binası"nda xoşagəlməz hadisə baş verib. 

News24.az
-ın məlumatına görə, binada yaşayan jurnalist və reklam meneceri Nigar Abbasovanın avtomobilinin banının şüşəsi sındırılıb. Hadisə şahidlərinin sözlərinə görə, xəsarətə səbəb yuxarı mərtəbədən həyətə atılan beton mismarları olub. Nəticədə "Hundai Veloster" markalı avtomobilinin yuxarı hissəsinə zərər dəyib.  

Hadisə barədə Səbail Rayon Polis İdarəsinə məlumat verilib.

İdarənin əməkdaşları hadisə yerinə gələrək hadisəni törədənin tapılaraq məsuliyyətə cəlb olunacağını, dəymiş zərərin ödəniləcəyini deyiblər. Hadisə yerinə və müşahidə kameralarına baxış keçirilib, ərizə ilə müraciət olunub və zərəçəkəndən izahat alınıb. 

Avtomobilin hadisədən sonrakı görüntüsünü təqdim edirik: