Başqasının əşyasına toxunmaq qadağandır! - ŞAGİRDLƏRƏ XƏBƏRDARLIQ
    • 7-09-2020, 17:46
    • 638

Başqasının əşyasına toxunmaq qadağandır! - ŞAGİRDLƏRƏ XƏBƏRDARLIQ

COVİD-19 pandemiyası zamanı məktəblərdə davranış qaydaları təsdiq edilib.

News24.az-ın məlumatına görə, pandemiya zamanı məktəblərdə davranış qaydalarına məsafə saxlamaq, əlləri tez-tez və qaydalara uyğun yumaq, başqalarının əşyalarına toxunmamaq, sinfi və məktəbi təmiz saxlamaq, təhlükəsiz istirahəti seçmək, kütləvi tədbirlərdən çəkinmək, bilik və bacarıqları başqaları ilə paylaşmaq daxildir.