"Az qaldı, Qarabağa çatırıq" - VİDEOREPORTAJ - FOTOLAR
    • 24-10-2020, 14:19
    • 587

"Az qaldı, Qarabağa çatırıq" - VİDEOREPORTAJ - FOTOLAR

Küçələrdə, eyvanlarda, iaşə obyektlərinin, təhsil müəssisələrinin, avtomobilərin üzərində, bir sözlə, paytaxtımızın hər köşəsində üçrəngli, ay-ulduzlu bayrağımız dalğalanır.

Qələbə xəbərlərin ard-arda gəlməsi də insanlarda ruh yüksəkliyi yaradır. Buna görə də hər birimiz Ordumuzun yanında olub, bacardığımız qədəri ilə dəstək olmağa çalışırıq.

Dəstək kampaniyalarından birini də BNA gerçəkləşdirib. Qurum işğaldan azad olunan, həmçinin hazırda Azərbaycan əsgərlərinin uğrunda mübarizə apardığı rayon və şəhərlərin adlarının, Bakıdan bu yurd yerlərinədək olan məsafənin əks olunduğu videoçarx hazırlayıb. Sözügedən görüntülər şəhər sakinlərinin böyük marağına səbəb olub.

Daha ətraflı News24.az-ın videoreportajında:

Sevda Bayramova
VİDEO - FOTO: Fərid Şabanov