30 illik həsrətin ZƏFƏRİ - SÖZSÜZ VİDEO
    • 10-11-2020, 18:58
    • 604

30 illik həsrətin ZƏFƏRİ - SÖZSÜZ VİDEO

Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda əks-hücum əməliyyatı ilə başladığı və bu gün Ermənistanın təslim olması ilə nəticələnən bəyanatın rəsmi şəkildə elan edilməsindən sonra respublikamızın şəhər və rayonlarında vətəndaşlar küçələrə çıxaraq bu tarixi günün sevincini birlikdə bölüşürlər.

News24.az paytaxtdakı coşğuya şərik olaraq şəhər sakinlərinin fikirlərini öyrənib.

Əllərində Azərbaycanın bayraqlarını, Ali Baş Komandan İlham Əliyevin portretlərini tutan, Qarabağ şüarları səsləndirən yüz minlərlə, milyonlarla insan coşqu hissi ilə müxtəlif istiqamətlərdə qələbə yürüşünə start veriblər. Ölkəmizin bütün şəhər və rayonlarında xalq yürüşü keçirilir. Vətəndaşlar müzəffər Azərbaycan Ordusuna, habelə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə minnətdarlıqlarını bildirirlər, növbəti dəfə həmrəyliklərini ifadə edirlər.

Görüntüləri təqdim edirik:

Məhərrəm Əliyev
VİDEO: Fərid Şabanov