Ermənistanda əsgərlərə qadağa qoyuldu
    • 17-03-2021, 18:30
    • 467

Ermənistanda əsgərlərə qadağa qoyuldu

Ermənistanda müddətli hərbi xidmətə çağırılanlara qohumlarını görmək, hərbi hissəni tərk etmək və məzuniyyət qadağan edilib.

News24.az
"Sputnik Armeniya"ya istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin saytında məlumat yerləşdirilib. Bildirilir ki, qərar Ermənistanda koronavirusla bağlı vəziyyətin pisləşməsi ilə bağlıdır. 

Bildirilib ki,bu qərar ailə üzvü dünyasını dəyişənlərə şamil edilmir.