Sosialist əməyi qəhrəmanının evindən oğurluq edən şəxs SAXLANILDI
    • 7-04-2021, 12:10
    • 224

Sosialist əməyi qəhrəmanının evindən oğurluq edən şəxs SAXLANILDI

Sabirabad rayon sakini Fatma Hüseynova Sabirabad RPŞ-yə ərizə ilə müraciət edərək mart ayı ərzində onun evindən 28 min manat civarında pulun oğurlanması barədə məlumat verib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan News24.az-a verilən məlumata görə, müraciətlə əlaqədar olaraq RPŞ-nin əməkdaşları tərəfindən müvafiq tədbirlər yerinə yetirilib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinın Sabirabad rayon sakini, əvvəllər məhum edilmiş Elşən Umudov saxlanılıb. Dindirilmə zamanı E.Umudov törətdiyi cinayət əməlini etiraf edib.
Faktla bağlı araşdırma aparılır.