"Məclislərində Pərviz Bülbüləni görmək istəmirlər" - VÜQAR ƏBDÜLOV - VİDEO
    • 14-04-2021, 12:35
    • 507

"Məclislərində Pərviz Bülbüləni görmək istəmirlər" - VÜQAR ƏBDÜLOV - VİDEO

"Meyxana ciddi bir sənətdir. Amma bəziləri janr olaraq onu şit təqdim etdilər. Xüsusilə də bəzi aktyorlar. Bizi elə qələmə veriblər ki, güya meyxanaçılar yüngül xarakterli, tərbiyəsiz insanlardır". 

News24.az xəbər verir ki, bu sözləri meyxanaçı Vüqar Əbdülov ARB TV-də yayımlanan "Səhər-səhər" verilişində deyib. O, söhbət əsnasında həmkarı Pərviz Bülbüləni sərt tənqid edib: "Bir nəfəri ortaya salıb başında fırlanırlar. Buradan Pərvizə səslənirəm. Ayıb olsun! Meyxanada belə şeylər etmək lazım deyil. Meyxananı yüksək arenaya çıxarmaq əvəzinə uşaqlara vermişik ki, xırdala! Ustadlara qulaq asmaq, müraciət etmək lazımdır! Bir neçə dəfə Pərvizə demişəm. Tək o deyil. Ona qoşulan bir-iki nəfər də var. Onlar başqa cür deyirlər. Söyləyirlər ki, bu, mənim layihəmdir, "Youtube" səhifəmə qoyuram. Guya meydançası ayrıdır. O meydançada olanı da biz yaxın buraxmırıq. Neçə dəfə görmüşəm ki, məclislərdə artıq Pərvizi istəmirlər. Pərviz yığıncağa gələndə quyruq bulayır, meydanda oynaya bilmir.".