Sabirabadda yanğın - XƏSARƏT ALAN VAR
    • 18-04-2021, 09:29
    • 339

Sabirabadda yanğın - XƏSARƏT ALAN VAR

Sabirabad rayonunda yanğın hadisəsi baş verib.

News24.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, hadisı rayonun Quruzma kəndində qeydə alınıb.

Belə ki, ümumi sahəsi 152 m² olan kürsülü birmərtəbəli evin zirzəmisində taxta atmalar və tavana çəkilmiş şüşə-pambıqdan ibarət üzlük 26 m² sahədə yanıb. Yanğın zamanı 1 nəfər xəsarət alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.