-
- 26-04-2021, 14:43
- 388
Məktəbəhazırlıq qruplarındakı 94 min şagirdin I sinfə keçirilməsi təmin olundu - TN
“Cari tədris ilində məktəbəhazırlıq qruplarına 104 min uşaq cəlb edilib. Onlardan 9900-ü rus bölməsinə, qalanları isə Azərbaycan bölməsinə cəlb olunub”.
News24.az-ın məlumatına görə, bunu 2021-2022-ci tədris ili üzrə I sinfə qəbulla bağlı keçirilən onlayn brifinqdə Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin əməkdaşı Elçin Kərimov bildirib.
Onun sözlərinə görə, artıq Azərbaycan dilində məktəbəhazırlıq qrupunda olan 94 min şagirdin I sinfə keçirilməsi təmin olunub, yəni təxminən I sinfə gedənlərin 70-75 faizi məktəbəhazırlıq qruplarından cəlb olunub: "Ancaq I sinfə keçirildikdən sonra bəzən valideynlərdə fikir ayrılığı olur, yəni uşağın məktəbini dəyişmək istəyir. Bu zaman valideyn şəxsi səhifədə uşağın sorğusunu silib, digər məktəbi seçə bilər”.