Kursant 18 şagirdin olduğu məktəb avtobusunu qaçırdı - VİDEO
    • 7-05-2021, 12:42
    • 275

Kursant 18 şagirdin olduğu məktəb avtobusunu qaçırdı - VİDEO

Fort JCekson hərbi bazasının 23 yaşlı kursantı Yovan Kollazo 18 uşağın olduğu məktəb avtobusunu qaçırdı.

News24.az xəbər verir ki, bu barədə "ABC News" məlumat yayıb. Bildirilir ki, avtobusu qaçıran şəxs silahlıdır. 

Hadisənin cümə axşamı səhər saat yeddi radələrində meydana gəlib. Kursant avtomatı götürərək hərbi bazadan qaçıb.

O, ən yaxın dayanacaqda dayanan və içərisində ibtidai sinifin 18 şagirdi olan avtobusa minərək sürücüyə başqa şəhərə getməsini əmredib.

Silahlı şəxsbir neçə kilometr sonra geyim axtarmaq üçün avtobusdan düşdüyü və yerli polis tərəfindən tutulduğu bildirilir.

Daha sonra kursantın avtomatında patronun olmadığı bilinib.