Gürcüstanın ölkəmizlə quru sərhədini açmasına Azərbaycanın qərarı AÇIQLANDI
    • 27-05-2021, 16:02
    • 552

Gürcüstanın ölkəmizlə quru sərhədini açmasına Azərbaycanın qərarı AÇIQLANDI

"Digər bütün beynəlxalq istiqamətlərlə bağlı Nazirlər Kabinetinin qərarı olmalıdır. Hazırda Gürcüstanın bu qərarı var, amma biz tərəfdən hələ ki, belə bir qərar yoxdur". 

News24.az-ın məlumatına görə, bu barədə Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova bildirib.

Qurum rəsmisi qeyd edib ki, sərnişin daşımada kondisionerlə bağlı məsələyə də münasibət bildirib: "Maksimum dərəcədə kondisionerdən az istifadə olunması məsləhət görülüb. Amma o avtobusların ki, pencərəsi açılmır, havalandırma sistemi yoxdur, orada kondisionerdən istifadə olunacaq".

N.Allahyarova bildirib ki, mayın 31-dən artıq həm Bakı Beynəlxalq Avtovağzal kompleksindən, həm paytaxtın cənub avtostansiyasında, eyni zamanda regionun ümumilikdə 56 avtovağzal və avtostansiyasında quru üzrə gediş-gəliş bərpa olunacaq: "Ümimilikdə 566 marşrut xətti üzrə 1864 avtobus xidmət göstərdiyi sərnişinlərin daşınması həyatı keçiriləcək. Təbii ki, bütün proses müvafiq pandemiya şərtlərinə uyğun şəkildə keçiriləcək. Heç bir sərnişindən COVİD pasportu tələb olunmayacaq. Lakin sərnişin avtovağzallarının ərazilərinə daxil olduğu zaman ilkin şəkildə hərarət ölçüləcək. Hər hansısa problem yaranarsa, həmin sərnişin avtovağzalın tibb məntəqəsinə yollanılacaq və qərar orada veriləcək. Mayın 31-i üçün düşünürük ki, təqribi 6000-ə yaxın sərnişin Bakıdan regionlara səfər edəcək". 

Məhərrəm Əliyev
Fotolar: Fərid Şabanov