İkinci doza üçün 56 gün şans verilir - AÇIQLAMA
    • 10-06-2021, 15:25
    • 350

İkinci doza üçün 56 gün şans verilir - AÇIQLAMA

“Azərbaycanda istifadə olunan bütün vaksinlərin hamısı iki dozalıdır”.

News24.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən İşçi Qrupun üzvü Nailə Daşdəmirova deyib.

O bildirib ki, 28 gün ərzində üzrlü səbəbdən ikinci dozanı ala bilməyən şəxslərə 56 gün şans verilir: “Həmin müddətdə də ikinci dozanı vurdurmayanlar artıq növbəti 6 ay üçün gözləməli olacaqlar. Yalnız 18 yaşına çatmayanlar, xroniki ağır xəstəliyi olanlar, hamilə və südverən analar vaksin vurdura bilməzlər”.