Azərbaycanda kombayn istehsal ediləcək
    • 15-06-2021, 19:16
    • 351

Azərbaycanda kombayn istehsal ediləcək

Bu ilin sonunda Rusiyanın "Rostselmaş" müəssisəsi Azərbaycanda taxılyığan kombaynların istehsalını işə salmağı planlaşdırır.

Maşınlar "Azərmaş" zavodunda yığılacaq.
"Rostselmaş"ın satış departamentinin direktoru Andrey Kolesnikovun sözlərinə görə, Azərbaycanda NOVA 340 taxılyığma kombaynlarının istehsalı planlaşdırılır: "Bu kombayn ölkə fermerləri arasında çox populyardır və dəfələrlə öz etibarlılığını və məhsuldarlığını təsdiq edib. Azərbaycanda bu taxılyığma kombaynına tələbat artır"./Trend/