Qubada şəhid media nümayəndələrinin xatirəsi əbədiləşdirilir
    • 18-06-2021, 13:54
    • 328

Qubada şəhid media nümayəndələrinin xatirəsi əbədiləşdirilir

Quba rayonunda Birinci və İkinci Qarabağ müharibəsində şəhid olan media nümayəndələrinin xatirəsi əbədiləşdirilir.

Bu məqsədlə şəhərin Yusif Qasımov küçəsində parkın inşasına başlanılıb.
Yeni salınan park "28 May" parkının yaxınlığında, 2000 kvadratmetrə yaxın ərazini əhatə edəcək.
Məlumata görə, parkda abidə kompleksi və erməni terrorunun qurbanı olan media nümayəndələrinin xatirə lövhələri yaradılacaq, yeni yaşıllıq zolaqları salınacaq, söhbətgahlar quraşdırılacaq, müasir işıqlandırma sistemi qurulacaq.
Layihələndirmə işlərinə peşəkar memarlar və dizaynerlər cəlb olunub.
Qeyd edək ki, Quba Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə yaradılan parkın 22 iyul - Milli Mətbuat Günündə istifadəyə verilməsi nəzərdə tutulur. /Report/