-
- 29-06-2021, 10:03
- 298
Ağsuda 1 tondan artıq çətənə kolu yandırıldı
Ağsu Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər çərçivəsində Dilman kəndində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan News24.az-a verilən məlumata görə, ümumi çəkisi 1 ton 100 kiloqram olan 2670 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılmaqla məhv edilib.