Yol polisləri belə təbrik edildi- Azərbaycan polisi 103 - Fotolar- VİDEO
    • 1-07-2021, 19:16
    • 885

Yol polisləri belə təbrik edildi- Azərbaycan polisi 103 - Fotolar- VİDEO

Jurnalistika və İnkişaf Mərkəzi İctimai Birliyi və Avtosfer.az saytının təşkilatçılığı ilə 2 İyul “Polis günü” münasibətilə xidmətdə fərqlənən bir qrup yol polisi əməkdaşı mükafanlandırılıb. Pandemiya qaydalarına uyğun olaraq açıq havada keçirilən tədbirdə Milli Məclisin deputatı Bəhruz Məhərrəmov, Bakı şəhər Dövlət Yol İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov və Jurnalistika və İnkişaf Mərkəzi İB-nin sədri, Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı iştirak edib. 

News24.az Avtosfer.az saytına istinadən xəbər verir ki, tədbirdə çıxış edən Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib ki, Azərbaycan polisi hər zaman xalqın və dövlətin yanında olub. Ən çətin məqamlarda öndə dayanıb. Millət vəkili başda Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov olmaqla bütün polis əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib. 

Daha sonra çıxış edən Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı bildirib ki, hər il ənənəvi olaraq xidmətdə fərqlənən yol polisləri mükafatlandırılır. Əsas məqsəd onların işində stimul yaratmaqdır. İl ərzində yollarda vətəndaşlara köməklik göstərən və digər davranışları ilə nümunə olan yol polisləri seçilib və təltif edilib.

Tədbirdə bir qrup yol polisi əməkdaşına təşəkkürnamələr təqdim olunub.

Təltif olunanlar arasında Bakı şəhər DYPİ-nin əməkdaşı polis kiçik serjantı Hüseynov Kənan Eldəniz oğlu xüsusi olaraq qeyd olunub. Bildirilib ki, xidmətə qəbul olunsa da Vətən müharibəsi başlayan kimi könüllü olaraq döyüşlərə yollanıb. Fizuli, Xocavənd və Şuşanın azad olunmasında müstəsna qəhrəmanlıqlar göstərib. 

Qeyd edək ki, polislərin mükafatlandırılması sabah da davam edəcək.

Jurnalistika və İnkişaf Mərkəzi İctimai Birliyi və Avtosfer.az saytının təşkilatçılığı ilə 2 İyul “Polis günü” münasibətilə xidmətdə fərqlənən bir qrup yol polisi əməkdaşı mükafanlandırılıb. Pandemiya qaydalarına uyğun olaraq açıq havada keçirilən tədbirdə Milli Məclisin deputatı Bəhruz Məhərrəmov, Bakı şəhər Dövlət Yol İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov və Jurnalistika və İnkişaf Mərkəzi İB-nin sədri, Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı iştirak edib. 

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib ki, Azərbaycan polisi hər zaman xalqın və dövlətin yanında olub. Ən çətin məqamlarda öndə dayanıb. Millət vəkili başda Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov olmaqla bütün polis əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib. 