Əbülfəs Qarayev Amaliya Pənəhovanın vida mərasimində - FOTO
    • 9-11-2018, 11:45
    • 1 303

Əbülfəs Qarayev Amaliya Pənəhovanın vida mərasimində - FOTO

Xəbər verdiyimiz kimi, azırda Azərbaycan Dövlət Dram Teatrında xərçəng xəstəliyi səbəbindən vəfat edən xalq artisti Amaliya Pənəhova ilə vida mərasimi keçirilir.
 
Azərbaycan teatr və kino sənətinə adı qızıl hərflərlə yazılmış mərhum xalq artistini son mənzilə yola salmaq üçün bir çox mədəniyyət-incəsənət və ictimai korpusun nümayəndələri, həmçinin Amaliya Pənəhovanı sevənlər toplaşıb. 
Vida mərasiminə mədəniyyət naziri Əbülfəs Qarayev də şəxsən qatılıb və mərhumun ailəsinə baş sağlığı verib. 
News24.Az-a açıqlama verən Ə. Qarayev Amaliya Pənəhovanın vaxtsız vəfətından kədərlənirdiyi dilə gətirib: “Xalq artisti Amaliya Pənəhovanın ölümü Azərbaycan mədəniyyəti və incəsənəti üçün böyük itkidir. O, bizim yaddaşımızda, eləcə də mədəniyyətimizin tarixində öz əvəzsiz rolları və quruluş verdiyi tamaşaları ilə daima yaşacaq. Ailəsinə və Azərbaycan xalqına baş sağlığı verirəm. Allah rəhmət eləsin”!

Türkan Məmmədli
Foto: Nurlan Gülməmmədov