Gədəbəydə "Xaş-xaş-2021" əməliyyat tədbirləri zamanı çətənə kolları məhv edildi
    • 1-08-2021, 09:55
    • 318

Gədəbəydə "Xaş-xaş-2021" əməliyyat tədbirləri zamanı çətənə kolları məhv edildi

Gədəbəydə yabanı halda bitən çətənə kolları məhv edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan News24.az-a verilən məlumata görə, Gədəbəy rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri "Xaş-xaş-2021" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Dəyə-Qarabulaq kəndinin yaylaq ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkarlanıb.


Ümumi çəkisi 932 kiloqram olan 1 432 ədəd çətənə kolları kökündən çıxarılıb və yandırılaraq məhv edilib.