Son sutkada 251 nəfər peyvənd olundu
    • 16-08-2021, 16:32
    • 254

Son sutkada 251 nəfər peyvənd olundu

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 251 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan News24.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 206, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 45 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 5 794 483, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3 420 144, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 374 339 təşkil edir.