Ölkə üzrə peyvənd olunanların sayı 6 milyona çatır
    • 18-08-2021, 16:49
    • 279

Ölkə üzrə peyvənd olunanların sayı 6 milyona çatır

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 66 519 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan News24.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 52 661, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 13 858 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 5 932 734, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3 526 467 , ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 406 267 təşkil edir.