İki gündə yaşayış yerini tərk edən 6 COVID-19 xəstəsi saxlanılıb - DİN
    • 21-08-2021, 11:52
    • 269

İki gündə yaşayış yerini tərk edən 6 COVID-19 xəstəsi saxlanılıb - DİN

19 və 20 avqust tarixlərində daxili işlər orqanlarının əməkdaşları tərəfindən respublika ərazisində 6 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

DİN Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Bir daha vətəndaşlarımızdan koronavirusla əlaqədar tətbiq edilmiş xüsusi karantin rejimindən irəli gələn bütün tələb və qadağalara ciddi riayət etmələrini xahiş edirik.